9 C
Baku
Sunday, March 3, 2024

Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 33.5 mlrd. dollara yüksəlib

Hindistanın Rusiya mallarının idxalı ilin birinci yarısında 3 dəfə artaraq 31.5 milyard dollara çatıb, Banker.az buh barədə Kommersant-a istinadən xəbər verir. İdxalın əsas hissəsi neft və neft məhsulları təşkil edib – 4.4 dəfə artaraq 25.2 milyard dollara çatıb.

Öz növbəsində Hindistandan Rusiyaya məhsulların tədarükü 1.7 dəfə artaraq 1.9 milyard dollara yüksəlib. Dərman alışı 4.5% artaraq 184 milyon dollara çatıb, tütün tədarükü isə kəskin – 3 dəfə, xərçəngkimilər – 2.4 dəfə artıb.

Bundan əvvəl məlum olub ki, Hindistan dörd ildə ilk dəfə Rusiyadan uran filizi alıb – iyunda ölkə 13.5 milyon dollar dəyərində 118 ton uran filizi idxal edib.

Son xəbərlər
Digər xəbərlər