Rusiya ilə uçuşların qadağan edilməsinə görə Gürcüstan 2 ayda $113 mln. itirib

0

Rusiya və Gürcüstan arasında uçuşların qadağan edilməsi, ölkənin turizm sahəsinə zərbə vurub. Son iki ayda Gürcüstan 113 milyon dollar itirib.

Banker.az xəbər verir ki, Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvilinin sözlərinə görə, üçüncü rübdə turizm sahəsində ölkənin gözləntiləri böyük idi. Lakin Rusiya Federasiyası ilə uçuşların qadağan olunması səbəbindən bu ümidlər özünü doğrultmayıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Birinci rübdə Gürcüstan 1,5 milyard dollar gəlir əldə edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur. İkinci rübün göstəriciləri isə keçən ilin eyni dövrü ilə müqayisədə 8,4% çox olub. Bu rəqəmlərə əsaslanaraq üçüncü rübdə artım daha da çox olacağını gözləmək olardı. İyul ayında turizm sənayesində ölkəmiz 57 milyon dollar, avqustda isə 56 milyon dollar itirib”, – deyə Kvrivişvili bildirir.

Qadağalara baxmayaraq, Gürcüstan rus turistlərin ən çox ziyarət ölkələrdən biri olaraq qalır. Yanvar ayından sentyabr ayında qədər ölkəyə 1,2 milyon rus turist gəlib. Bu, ötən il ilə müqayisədə 8,7% çoxdur. İlk üçlüyə həmçinin Azərbaycan da daxildir (1,1 milyon).