“Rusiya ilə Əfqanıstanın yeni hökuməti arasında danışıqlar planlaşdırılmır”.
Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov söyləyib.
O, Rusiya və Belarus münasibətləri barədə də danışıb: “Vladimir Putin və Aleksandr Lukaşenkonun görüşü nəticəsində hər hansı sənədin imzalanması planlaşdırılmır”, – o qeyd edib.