Minvodı və Bakı sürətli qatarı istifadəyə verməyi planlaşdırır. Bu barədə Rusiya mətbuatı məlumat verir.
Layihənin təşəbbüskarı qismində Rusiya Federasiyası Şimali Qafqaz məsələləri üzrə Nazirliyi yanında İctimai Şura çıxış edir.
Mütəxəssislərin qeyd etdiyi kimi, yüksək sürətli qatarların istifadəyə verilməsi turistlər üçün yolda zamanı mühün dərəcədə azaldacaq. Hazırda Azərbaycan kurortlarına səfər etmək üçün stavropollular ən azı 10 saat avtobusla yol qət etməlidirlər.
Mətbuatda bildirilir ki, əgər layihə təsdiq olunarsa, Minvodı və Bakı arasında artıq Sankt-Peterburq ilə Helsinkini birləşdirən tipli qatarlar fəaliyyət göstərəcək. Bu zaman gömrük-sərhəd baxışının birbaşa vaqonlarda keçirilməsi vacibdir.
Vurğulanır ki, sürətli qatarın yaradılmasında nəinki Rusiya, həm də Azərbaycan tərəfi maraqlıdır. Bu, iki istiqamətdə turist axınını mühüm dərəcədə artırmağa və digər ölkələrə ASK məhsullarının tədarükünü təşkil etməyə imkan yaradacaq. “Stavropol diyarınınqubernatoru hələ 2017-ci ilin aprel ayında bu məsələni Azərbaycan prezidenti ilə müzakirə edib”, – KİV qeyd edir.