8 C
Baku
Monday, November 18, 2024

Rusiya ilə Bakı arasında birbaşa dəniz səyahəti açılacaq

Xəzər dənizində kruiz gəmiçiliyi 2024-cü ilin yazında, yeni “Böyük Pyotr” gəmisinin suya buraxılmasından sonra fəaliyyətə başlayacaq.

Bunu oktyabrın 5-də “Rosturizm”in rəhbəri Zarina Doğuzova Xəzər İqtisadi Forumunda çıxışı zamanı deyib.

Doğuzova qeyd edib ki, kruiz gəmisi Həştərxanda tikilir: “Gözləyirik ki, gələn ilin sonuna qədər tam hazır olacaq və artıq istifadəyə veriləcək. 2024-cü ildən isə naviqasiya dövrü başlayandan, yazın əvvəlindən başlayaraq, Xəzər dənizi tarixində ilk dəfə olaraq kruiz gəmiçiliyinə başlayacağıq”.

O, Xəzər dənizinin turistlər üçün cəlbedici olan regionlarını birləşdirəcək regionların və sərhədyanı ölkələrin logistikasının inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. Doğuzova vurğulayıb ki, hazırda Dərbəndlə Bakı arasında birbaşa aviareys yoxdur: “Deyək ki, Dərbəndlə Bakı arasındakı məsafə sözün əsl mənasında 250 kilometrdir. İstər mənaca, istərsə də məntiqi cəhətdən düşünülmüş ikitərəfli əsasda maraqlı təkliflər formalaşdırmaq olardı”.

 

 

Son xəbərlər
Digər xəbərlər