17 C
Baku
Friday, May 3, 2024

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatıb

2023-cü ilin yanvar-noyabr aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi rekord həddə – 218 milyard 17 milyon dollar olub.

Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Bu rəqəm 26.7 faiz artım deməkdir.

Statistikaya görə, son 11 ayda Çin Rusiyaya 100 milyard 33 milyon dollar dəyərində məhsul ixrac edib.

Rusiyadan idxal isə 117 milyard 84 milyon dollar təşkil edib.

Əsas idxal məhsulları neft, təbii qaz, kömür, mis və mis filizi, yanacaq, ağac, dəniz məhsulları və kənd təsərrüfatı məhsulları olub. Rusiya Federasiyası Çindən smartfonlar, müxtəlif avadanlıqlar, avtomobillər, kompüterlər, kondisionerlər, oyuncaqlar, ayaqqabılar və bir çox başqa mallar idxal edir.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər