9 C
Baku
Thursday, December 12, 2024

Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi rekord 17.5 mlrd. dollara çatıb

Birinci rübün nəticələrinə görə, Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi illik ifadədə 5% artaraq 17.5 milyard dollara çatıb.

Yanvarda ticarət dövriyyəsi 6 milyard dollar təşkil edib, fevralda isə bu rəqəm 7.6% artaraq 6.3 milyard dollar olub. Birinci yerdə 24.8 milyard dollar tədarüklə Çin dayanır.

Rusiyaya Hindistan mallarının ixracı 22% artaraq 1.2 milyard dollara çatıb. Hindistan mallarının ilk 5 əsas alıcısına ABŞ (20.8 milyard dollar), BƏƏ (10.9 milyard dollar), Hollandiya (6.8 milyard dollar), Sinqapur (5.5 milyard dollar) və Çin (4.7 milyard dollar) daxildir.

Hindistanla ticarət dövriyyəsinin artması fonunda Rusiya bazarında rupiyə tələbat artır. Aprel ayında “Sberbank” iri müştərilər üçün Hindistan valyutasında depozitlər açmağa başlayıb. Bununla belə, ekspertlər qeyd edirlər ki, ixracatçılar imkan daxilində ödənişləri Hindistan valyutası ilə etməkdən yayınmağa çalışırlar, dollar və ya yuana üstünlük verirlər.

Son xəbərlər
Digər xəbərlər