Rusiya ilə Moldova arasında hava əlaqəsi bərpa olunur.
“Air Moldova” oktyabrın 1-dən Kişinyovdan Moskvaya birbaşa uçuşları bərpa edir.
Qeyd edək ki, Rusiya ilə Moldova arasında birbaşa uçuşlar fevralın 24-də Ukraynada hərbi əməliyyatların başlamasından sonra ölkə üzərində hava məkanının bağlanması səbəbindən dayandırılmışdı.