15 C
Baku
Saturday, April 20, 2024

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub

Rusiya ilə Ukrayna arasında növbəti dəfə əsir mübadiləsi həyata keçirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Rusiya tərəfi Ukrayna ilə hərbi əsirləri dəyişdirib, 50 Rusiya hərbçisi geri qaytarılıb.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Twitter”də bildirib ki, Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi nəticəsində 50 ukraynalı hərbçi azad olunub:

“50 əsgərimiz rus əsirliyindən vətənə qayıdıb. Onlardan 19 hərbçi Mariupolun müdafiəsində iştirak edirdi və bu hərbçilərdən 12-si Azovstaldan təxliyə olunub. Həmçinin, məhbusların 15-i Çernobıl AES-dən, 7-si isə İlan adasındandır”.

Son xəbərlər
Digər xəbərlər