15 C
Baku
Monday, March 17, 2025

Rusiya ilə yükdaşımaların 85%-i Azərbaycan şirkətlərinin payına düşür

Hazırda Azərbaycanla Rusiya arasında yükdaşmalar bazarının 85%-i yerli şirkətlərin payına düşür.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yükdaşıma departamentinin rəhbəri Sübhan Abilov Bakıda keçirilən “Azərbaycan – transkontinental meqa marşrutların “Şərq-Qərb” və “Şimal-Cənub” kəsişmə nöqtəsində” mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan daşıyıcıları 3-cü ölkələrə də daşımalar həyata keçirir: “Məsələn, Türkiyədən Rusiyaya və yaxud Rusiyadan Almaniyaya daşımalar həyata keçirilir. Son illər xarici ölkələrlə qurulan əməkdaşlıq nəticəsində bu istiqamətdə ciddi irəliləyiş əldə olunub. 2021-ci ildə üçüncü ölkə daşımaların sayı 13 900 idisə, 2024-cü ildə bu rəqəm 45 900 olub”.

Bundan başqa, AYNA rəsmisi qeyd edib ki, əgər 2021-ci ildə həmsərhəd ölkələrlə ikitərəfli yükdaşmalarda bazar payımız 39% idisə, 2024-cü ildə bu rəqəm 49%-ə çatıb: “Xüsusilə, Rusiya ilə ikitərəfli yükdaşmalarda mövqeyimiz güclüdür – 85% payımız var. Türkiyə ilə əməkdaşlıqda da ciddi irəliləyişlər əldə olunub. 2021-ci ildə ikitərəfli yükdaşmalarda bazar payımız 19% idi, lakin 2024-cü idə bu rəqəm 41%-ə çatdırılıb. Ümumilikdə, ötən il görülən işlər nəticəsində ixrac yüklərinin 61%-ni milli daşıyıcılar nəql edib”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər