10 C
Baku
Şənbə, Dekabr 4, 2021

Rusiya investorları Azərbaycanda enerji layihələrində iştiraka dəvət edilib

Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov ilə Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin Xarici Ticarət sahəsində Beynəlxalq Əməkdaşlıq və Lisenziyalaşdırma Departamentinin direktoru Roman Çekuşovun rəhbərlik etdiyi Rusiya İşgüzar missiyasının nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edilib, Rusiya şirkətlərinin ölkəmizdə enerji sahəsinin inkişafı üzrə həyata keçirilən layihələrdə iştirakından məmnunluq ifadə olunub.

Azərbaycanda energetika, o cümlədən “yaşıl enerji” sahəsində reallaşdırılan layihələr barədə məlumat verilib. İşğaldan azad olunmuş ərazilərin enerji potensialı, enerji infrastrukturunun bərpası üzrə görülən işlər və planlar qarşı tərəfin diqqətinə çatdırılıb. Rusiya şirkətləri ölkəmizdə enerji layihələrində investor qismində iştiraka dəvət edilib.

Qarşı tərəfdən müvafiq sahələrdə fəaliyyət göstərən Rusiya şirkətləri barədə ümumi məlumat verilərək, ölkəmizdə həyata keçirilən layihələrdə iştiraka maraq ifadə olunub. Bununla əlaqədar olaraq, Azərbaycanda həyata keçiriləcək layihələr və Rusiya şirkətləri barədə ətraflı məlumatların qarşılıqlı mübadiləsi ilə bağlı razılığa gəlinib.

Son xəbərlər
Oxşar xəbərlər
X