6 C
Baku
Saturday, December 14, 2024

Rusiya iqtisadiyyatı barədə bədbin proqnoz

Rusiya Mərkəzi bankı ölkə iqtisadiyyatının inkişaf perspektivi barədə xəbərdarlıq edib. Ekspertlər hazırkı vəziyyətdə milli iqtisadiyyatın inkişaf imkanlarını məhdud hesab ediblər. Ekspertlərin proqnozlarına görə, Rusiyada iqtisadi durğunluq ilin ortalarına qədər davam edəcək. İqtisadiyyatın tam inkişafı isə, uzun müddət çəkə bilər.

 

Bank rəhbərliyi bildirib ki, ölkədə ümumdaxili məhsulun həcmi ilin birinci rübündə 0.3 faiz aşağı düşəcək. İkinci rübdə 0 faiz artım gözlənilir. Üçüncü rübdə isə, 2015-ci ilə müqayisədə 0.2-0.3 faiz artım ola bilər.

Ekspertlər ölkə iqtisadiyyatına mənfi təsir edən amillərdən biri kimi dövlət xərclərinin azaldılmasınə göstəriblər.

Rusiya hökuməti neft-qaz ixracından əldə olunan gəlirlərin azalması ilə əlaqədar dövlət xərclərinin azaldılması barədə qanun layihəsi qəbul etmişdi.

Artıq bir müddətdir Rusiya Federasiyasının iqtisadiyyatında geriləmə müşahidə olunur. Geriləmənin əsas səbəblərindən biri Rusiya ilə Ukayna arasında başlayan müharibə və bununla əlaqədar Avropanın və Amerika Birləşmiş Ştatlarının (ABŞ) bu ölkəyə tətbiq etdiyi iqtisadi sanksiyalardır. Həmçinin ötən il bütün dünyada müşahidə olunan neftin ucuzlaşması da Rusiya iqtisadiyyatına öz mənfi təsirini göstərib. Ötən ilin noyabrında Türkiyə ilə yaranmış hərbi gərginlikdən sonra iki ölkə arasında idtisadi-ticari əlaqələrin dayandırılması da bu ölkədə iqtisadi geriləməni sürətləndirən amillərdən olub.

Dünən isə rəsmi Vaşinqton Rusiyaya tətniq etdiyi sanksiyaların müddətini bir il daha uzatdığını açıqlamşdı.

Son xəbərlər
Digər xəbərlər