16 C
Baku
Monday, October 28, 2024

“Rusiya iqtisadiyyatı çöksə, müharibə dayanacaq”

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak müharibənin başa çatmasının şərtini açıqlayıb.

O, bu barədə teleqram kanalında yazıb.

“Rusiya iqtisadiyyatı qısa müddətdə çökdürülməlidir. Qaz embarqosu tətbiq etmək, Rusiya neftinin ixracına məhdudiyyətləri daha da sərtləşdirmək lazımdır”, – deyə A.Yermak Rusiyanın Ukraynaya qarşı müharibəni yalnız bu halda dayandıracağını düşünür.

Onun sözlərinə görə, Avropa İttifaqının neft sanksiyası gələn il Rusiya iqtisadiyyatına ciddi ziyan vuracaq.

Qeyd edək ki, Rusiya ordusu bu il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Müharibə 170 gündür davam edir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər