31 C
Baku
Thursday, August 11, 2022

Rusiya iqtisadiyyatı ilk 6 ayda staqnasiya ilə üzləşəcək

Rusiya iqtisadiyyatının aşağı artım tempi bu ilin ilk yarısında staqnasiya olacağını göstərir. “Lenta.ru” saytı xəbər verir ki, bu barədə “Sberbank CIB”-in analitik hesabatında bildirilib. Bankın analitiklərinin fikrincə, 2017-ci ildə Rusiya iqtisadiyyatı 0,6% artım göstərəcək.

Hesabatda qeyd olunub ki, ilk rübdə əhalinin real gəlirləri 1,9% azalıb. Rublun möhkəmlənməsi ilk rübdə idxal mallarının istehlakını artırıb. Belə ki, Rusiya Bankının (Mərkəzi Bank) hesabatına görə, ilk rübdə idxalın həcmi illik müqayisədə 40% artım göstərib.

“Sberbank”ın əksinə, Beynəlxalq Valyuta Fondu (IMF) bu həftə açıqladığı proqnoz hesabatında Rusiya iqtisadiyyatının 2017-2018-ci illərdə 1,4% artacağını ehtimal edib.

Rusiya Bankı isə ilk rübdə ÜDM artımı proqnozlarını rüblük müqayisədə 0,6%-dən 0,5%-ə azaldıb. II rüb üçün proqnoz isə 0,8%-dən 0,6%-ə endirilib.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər