6 C
Baku
Monday, December 16, 2024

Rusiya iqtisadiyyatı üçün neftin qiyməti risk olaraq qalır, Nazir deyir

Neft qiymətlərində volatillik Rusiya iqtisadiyyatı üçün risk amili olaraq qalmaqda davam edir. “RİA Novosti” agentliyinə istinadən, bu açıqlamanı Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya-S.Ərəbistanı investisiya forumunda verib.

“Hazırda xarici iqtisadi şərait nisbətən münbitdir. Rusiya və S.Ərəbistanının da iştirak etdiyi neft hasilatının azaldılması barədə anlaşma vəziyyəti sabitləşdirməyə imkan yaradıb. Amma, neft qiymətlərindəki volatillik əsas risk amili olaraq qalmaqda davam edir. Buna görə də biz, neft qiymətlərindəki volatilliyin iqtisadiyyatımıza təsirini azaltmaq üçün yeni metodları tətbiq etmişik”, – deyə M.Oreşkin çıxışında bildirib.

Maliyyə Nazirliyi daxili bazarda valyuta almağa davam edir. Bu durum neftin qiyməti 40 dollar/barelə düşənə qədər davam edə bilər. Oreşkin xatirladıb ki, “artıq indidən, 40 dollar/barel həddində Rusiya büdcəsi və tədiyyə balansı dayanıqlı hala gəlib”.

“Ortamüddətli perspektivdə Rusiya iqtisadiyyatının neftdən asılılığı azaldılacaq, insan kapitalı inkişaf etdirilərək iqtisadiyyat diversifikasiya olunacaq”, – deyə nazir əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər