Rusiyada ümumi daxili məhsul istehsalı 2021-ci il səviyyəsində çatıb.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
O, Rusiya iqtisadiyyatının bərpa mərhələsinin başa çatdığını, ÜDM-in 2021-ci il səviyyəsinə, sanksiyalara qədərki səviyyəyə çatdığını söyləyib.
“Rusiyada mövcud iqtisadi vəziyyət ümumilikdə sabit və balanslıdır. Rusiya iqtisadiyyatının bərpa mərhələsi başa çatıb, ölkə görünməmiş xarici təzyiqlərə tab gətirib. Büdcənin icrası ilə bağlı vəziyyət sabitləşir, avqustda artıq profisit yaranıb”, deyə Rusiya Prezidenti vurğulayıb.
Putin bu il Rusiya Federasiyasının qeyri-neft və qaz büdcəsinin gəlirləri keçən ilki göstəricilərdən xeyli yüksək olduğunu da söyləyib.
O, həmçinin rublun möhkəmlənməsi ilə bağlı vaxtında tədbirlər görməyə və milli valyutanın zəifləməsinin səbəblərini anlamağa çağırıb.