13 C
Baku
Friday, May 17, 2024

Rusiya-İran-Gürcüstan-Ermənistan dördtərəfli görüşü keçiriləcək

Bu ilin aprel ayında Tehranda Rusiya-İran-Gürcüstan-Ermənistan dördtərəfli görüşü keçiriləcək.

Bunu Ermənistan Baş nazirinin mətbuat katibi Vladimir Karapetyan bildirib.

“İran tərəfi elektrik enerjisi və təbii qazın tranzit nəqli sahəsində Gürcüstan və Rusiya ilə İran və Ermənistanın əməkdaşlığı təklifi ilə çıxış etdi. Əldə edilən razılaşmaya əsasən, bu ilin aprelində Tehranda dördtərəfli görüş keçiriləcək”, – mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, fevralın 27-28-də Ermənistanın Baş naziri Nikol Paşinyan İrana ikigünlük rəsmi səfər edib. 

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər