27 C
Baku
Friday, July 19, 2024

“Rusiya İrana müasir silahlar verir və əvəzində PUA-lar alır”

“Rusiya İranı müasir silahlarla təmin edir və əvəzində Tehrandan pilotsuz uçuş aparatları (PUA) alır”.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra açıqlayıb.

O, İranın Ukraynada hərbi əməliyyatda istifadə etmək üçün Rusiyaya pilotsuz uçuş aparatları verdiyini bir daha təkrarlayıb:

“Öz növbəsində Rusiya İranı müasir silahlarla təmin edir. Bu ikitərəfli qarşılıqlı əlaqədir”.

Blinken əlavə edib ki, İranın nüvə silahı əldə etməsinə icazə verilməməlidir:

“Biz İranın regionda və onun hüdudlarından kənarda sabitliyi pozan hərəkətlərinə qarşı çıxmaq və onlara mane olmaq üçün əməkdaşlığın dərinləşdirilməsini müzakirə etdik”-deyə, o bildirib.

Son xəbərlər
Digər xəbərlər