21 C
Baku
Thursday, April 25, 2024

Rusiya İrandan ballistik raketlər almaqdan qorxur – SƏBƏB

Rusiya İrandan ballistik raketlər almaqdan qorxur, çünki bu, Qərbin Ukraynaya Amerika ATACMS kimi uzaqmənzilli raketlərinin tədarükünə yol açacaq.

Bu barədə “Financial Times” NATO ölkələrinin rəsmilərinin qiymətləndirmələrinə istinadən xəbər verir.

 

Qeyd olunub ki, Rusiyanın idarə olunan raket və artilleriya mərmiləri ehtiyatları ötən ilin sonundakı ehtiyatların təxminən yarısıdır.

“Ruslar çıxılmaz vəziyyətdədir. Onların raketlərə ehtiyacı var”, – deyə Avropalı rəsmilərdən sitat gətirilib.

Rusiyanın İrandan pilotsuz təyyarələrdən əlavə ballistik raketlər də ala biləcəyi barədə ilk məlumatlar bir neçə ay əvvəl ortaya çıxdı.

Lakin bu günə qədər bu baş verməyib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər