22 C
Baku
Monday, July 22, 2024

Rusiya İranla birgə 10 yeni neft yatağı üzərində işləyir

Rusiya İranla birlikdə on yeni neft və qaz yatağının işlənməsi ilə məşğuldur.

Bu barədə jurnalistlərə Rusiya Federasiyası Nazirlər Kabinetinin sədr müavini Aleksandr Novak məlumat verib.

“Bir neçə layihə kifayət qədər uğurla həyata keçirilir. Əlavə layihələr də nəzərdən keçirilir”, – o bildirib.

Bundan əlavə, tərəflər artıq bütün texniki məsələləri müzakirə ediblər. Hazırda ekspertlər kommersiya şərtlərini qiymətləndirir və İrandan olan tərəfdaşlarla bu şərtlər üzərində işləyirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya və İran arasında Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi ilə bağlı saziş imzalanıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər