22 C
Baku
Thursday, April 18, 2024

Rusiya istehsalı avtomobillərin idxalına görə Azərbaycan 4-cü yeri tutub

Azərbaycan 2019-cu ilin yanvar-avqust aylarında Rusiya istehsalı olan 2,6 min ədəd minik avtomobili idxal edib.

Rusiya mətbuatının yaydığı məlumata görə, Rusiya istehsalı olan avtomobillərin idxalına görə ilk onluğa daxil olan Azərbaycan 4-cü yerdə qərarlaşıb.

Rusiyadan avtomobil idxal edən ölkələr arasında 1-ci yerdə Çexiya (6,9 min ədəd), 2-ci yerdə Özbəkistan (5,2 min ədəd), 3-cü yerdə Latviya (3,1 min ədəd) gəlir.

Cari ilin yanvar-avqust aylarında Azərbaycan 24,088 min ədəd minik avtomobili idxal edib. Beləliklə, idxalda Rusiya avtomobil sənayesinin payı cəmi 10,8% təşkil edir.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər