14 C
Baku
Saturday, November 23, 2024

Rusiya İsveçrə XİN-ə etiraz notası göndərdi

Rusiyanın Berndəki səfirliyi İsveçrə Xarici İşlər Nazirliyinə etiraz notası göndərərək Cenevrədəki Müqəddəs Allah Anasının Pravoslav Kilsəsi ilə insidentdə günahkarların müəyyən edilərək cəzalandırılmasını tələb edib .

Oktyabrın 27-dən 28-nə keçən gecə naməlum şəxslər məbədin girişinə qırmızı boya töküblər.

Səfirlik bildirib ki, onlar bu hadisəni İsveçrədə getdikcə daha qabarıq şəkildə büruzə verən “Avropanı bürümüş rusofobiyanın növbəti bariz nümunəsi” kimi qiymətləndirir və Konfederasiyanın hüquq-mühafizə orqanlarının bu hadisəni hərtərəfli araşdırıb məsuliyyət daşıyanları cəlb edəcəklərinə ümid edir.

Açıqlamada bu hadisənin son aylarda İsveçrədə baş verən ilk vandalizm aktı olmadığı vurğulanır.

Əvvəllər Uri kantonunda 1799-cu ildə Alp dağlarını keçərkən həlak olmuş generalissimus Aleksandr Suvorovun silahdaşlarına ucaldılmış abidə dəfələrlə təhqir edilib. Oktyabrın 11-dən 12-nə keçən gecə naməlum şəxslər memorialın üzərinə svastika qoyublar.

Son xəbərlər
Digər xəbərlər