Rusiya ordusu Ukraynanın Kiyev vilayətini yenidən atəşə tutub.
Bu barədə məlumatı vilayətin hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba açıqlayıb.
Onun sözlərinə görə, Rusiya tərəfi vilayəti kamikadze-dronlarla atəşə tutur.
Kuleba vilayət sakinlərini həyəcan siqnalı dayandırılana qədər sığınacaqlarda qalmağa çağırıb.