35 C
Baku
Thursday, June 20, 2024

Rusiya Kiyevin mərkəzinə kamikadze-dronlarla zərbələr endirib – Yenilənib

Ukraynanın paytaxtı Kiyev şəhəri kamikadze dronları ilə hücuma məruz qalıb.

Bu fikirləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak özünün teleqram-kanalında bildirib.

“Bizə mümkün qədər tez, daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. Bizim yavaş hərəkət etməyə vaxtımız yoxdur. Səmanı qorumaq üçün daha çox silah lazımdır”, – A.Yermak yazıb.

Kiyevin meri Vitali Kliçko şəhərin Şevçenko rayonunda partlayışların baş verdiyini açıqlayıb.

***

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə kamikadze dronlarla hücumundan sonra şəhərin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

Hücum nəticəsində Kiyevdə inzibati bina yanıb.

İtki olub-olmaması barədə hələ məlumat yoxdur.

***

Ukraynanın paytaxtı Kiyev şəhərində daha iki partlayış baş verib.

Bu barədə şəhər meri Vitali Kliçko bildirib.

Məlumata görə, partlayışlarla əlaqədər şəhərdəki bütün təhsil müəssisələri distant rejimə keçib.

Xatırladaq ki, Rusiya bu gün səhər saatlarında Kiyevə İran istehsallı kamikadze dronları ilə hücum edib. Paytaxtdakı bəzi infrastruktur obyektlərə ziyan dəyib. İtki barədə hələ ki, məlumat yoxdur.

***

Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

O, yaralıların xəstəxanaya yerləşdirildiyini söyləyib.

V.Kliçko həmçinin Kiyevə 28 PUA ilə hücum edildiyini, onlardan yalnız 5-nin şəhərdəki müxtəlif infrastrukturları vurduğunu, qalanlarının isə zərərsizləşdirildiyini açıqlayıb.

Qeyd edək ki, bu gecə Rusiya Ordusu İran istehsallı PUA-larla Kiyevə hücum edib.

***

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə kamikadze dronlarla hücumu nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Bu barədə şəhər hərbi administrasiyasından bildirilib.

***

Rusiya Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla ölkə ərazisinə ümumilikdə 43 kamikadze-dronla hücum edib.

Onlardan 37-si məhv edilib, 6 PUA isə düşərək partlayış törədib.

Məlumata görə, Kiyevə hücum nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər