Rusiya koronavirus məhdudiyyətlərini ləğv edib, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
“Epidemioloji prosesin intensivliyinin azalması ilə əlaqədar “Rospotrebnadzor” daha əvvəl tətbiq edilmiş məhdudiyyətləri dayandırır. Əgər COVID-19 ilə bağlı vəziyyət pisləşərsə , məhdudlaşdırıcı tədbirlər bərpa oluna bilər”, – mesajda deyilir.
Vurğulanır ki, ölkədə maska rejimi və ictimai iaşənin gecə fəaliyyət göstərilməsinə qoyulan qadağa aradan qaldırılır. Buna baxmayaraq, koronavirusa yoluxmuş şəxslərin vaxtında müəyyən edilməsi, o cümlədən epidemiya prosesinin monitorinqi pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra da davam etdiriləcək.