17 C
Baku
Monday, May 6, 2024

Rusiya Kosovo məsələsində Serbiyanı dəstəkləyir

Serbiya suveren dövlətdir, Rusiyanın ona destruktiv təsirini axtarmaq düzgün deyil.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Təbii ki, Serbiya suveren ölkədir və burada Rusiyanın hansısa destruktiv təsirini axtarmaq tamamilə yanlışdır. Serbiya suveren ölkədir və təbii ki, Serbiya yaxınlıqda belə çətin şəraitdə yaşayan serblərin hüquqlarını müdafiə edir. Təbii ki, bu hüquqlar pozulduqda sərt reaksiya verir”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Onun sözlərinə görə, Rusiya baş verənləri və serblərin hüquqlarının necə təmin olunduğunu çox diqqətlə izləyir və iki ölkənin həm tarixi, həm də mənəvi cəhətdən sıx müttəfiqlik münasibətləri var.

“Biz Belqradı həyata keçirdiyi fəaliyyətlərdə dəstəkləyirik”, – deyə Peskov yekunlaşdırıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər