10 C
Baku
Thursday, November 28, 2024

Rusiya kredit tətilləri və kapital amnistiyası haqqında qanunları qəbul edib

Rusiyanın Dövlət Duması vətəndaşlar və kiçik və orta biznes üçün yeni kredit tətilləri haqqında qanun qəbul edib.

RIA “Novosti”in verdiyi məlumata görə, Rusiya hökuməti tərəfindən təqdim olunan sənəd cari ilin 1 martına qədər kredit müqaviləsi bağlamış sözügedən kateqoriyadan olan borcalanlara kredit tətillərinə hüquq verir. Martın 1-dən sentyabrın 30-dək olan müddətdə onlar kredit tətilləri ilə bağlı kreditora müraciət etməyə, Rusiya nazirlər kabineti isə bu güzəşt müddətini uzatmaq hüququna malik olacaq.

Qeyd edək ki, Rusiyada kredit tətilləri altı aydan çox olmayan müddətə verilə bilər və kredit və ya kredit üzrə ödənişlərin təxirə salınmasını və ya onların ölçüsünün azaldılmasını nəzərdə tutur. Yeni tətillərin verilməsi şərtləri artıq mövcud qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə bənzəyir: gəlirin 30%-dən çox azalması, kreditin məbləği nazirlər kabineti tərəfindən müəyyən edilmiş həddi aşmaması və borcalanın mövcud oxşar güzəşt müddəti olmaması.

Bundan əlavə, Dövlət Duması Rusiyada kapital amnistiyasının yeni mərhələsi haqqında qanunu qəbul edib ki, bu da digər məsələlərlə yanaşı, pul vəsaitlərinin və törəmə maliyyə alətlərinin bəyan edilməsinə imkan verəcək.

Sənəd əmlakın və bank hesablarının könüllü bəyan edilməsinin dördüncü mərhələsini, fiziki şəxslərin kapitalının və əmlakının təhlükəsizliyinə hüquqi təminatların verilməsini, onların əmlak maraqlarının müdafiəsini nəzərdə tutur. Bəyannamə 14 mart 2022-ci il və 28 fevral 2023-cü il tarixləri arasında təqdim edilə bilər.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər