11 C
Baku
Friday, October 25, 2024

Rusiya kriptovalyutalar bazarını nəzarətə götürür

“Kriptovalyutaları maliyyə aktivi kimi tənzimləmək və ancaq Moskva birjasından ixtisaslaşmış mütəxəssislərin alıb-satmasına icazə vermək lazımdır”.

Bu təkliflə Rusiyanın maliyyə nazirinin müavini Aleksey Moiseyev çıxış edib.

“Belə bir fikir var ki, bitkoin kimi kriptovalyutalar maliyyə piramidasıdır. Bu mövqe ilə mübahisə etmək çətindir, belə aktivlərə investisiyalar risklidir. Bu səbədən prosesi tənzimləmək ehtiyacı yaranır. Kriptovalyutaları digər əmlak kimi tənzimləmək və aktivlər kimi təsnifatlaşdırmağı düşünürük. Həmçinin, kriptovalyutaların alqı-satqısını ixtisaslaşmış mütəxəssilərin həyata keçirməsini tövsiyə edirik”, – A.Moiseyev “Rossiya24” telekanalına müsahibəsində bildirib.

Qərarın səbəblərini Moiseyev alqı-satqı tərəflərinin hüquqlarının qorunması zərurəti ilə izah edib. Tərəflərdən birinin alqı-satqı zamanı öhdəliyini yerinə yetirməməsinin qarşısının alınması birjada təmin ediləcək. Hazırda tərəflərin heç bir hüquqi müdafiəsi yoxdur.

“Həmçinin, Qərbi Avropa və bizdə kriptovalyutalarla qanunsuz əməliyyatlar çoxalıb. Kapitalın yuyulması ilə mübarizə mexanizmləri kriptovalyuta sahəsində tam tətbiq edilməyib. Bu səbəbdən əməliyyatların birja üzərindən aparılması zərurəti yaranıb”, – nazir müavini qeyd edib.

Report.az

Son xəbərlər
Digər xəbərlər