“Bolşeviklər Ukrayna dövlətini yaradıb ora tarixi rus torpaqlarını da daxil etdilər”.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik böyük mətbuat konfransında söyləyib.
Putin Ukraynanı Donbasda yeni müharibəyə hazırlaşmaqda da ittiham edib.
“Belə təəssürat yaranır ki, Ukrayna Donbasa qarşı yeni hərbi əməliyyat planlaşdırır, Rusiyanı isə baş verənlərə qarışmamağa çağırır”.
Rusiya lideri Minsk razılaşmasının icrasını Ukraynanın şərqində münaqişənin həllində yeganə yol olduğunu söyləyib.