27 C
Baku
Saturday, July 27, 2024

Rusiya məhsullarının azərbaycanlı alıcıları əlverişli şərtlərlə kreditlər cəlb etmək imkanı əldə edəcəklər

“ROSEKSİMBANK” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycanın iri banklarının rəhbərliyi ilə bir sıra görüşlər keçirib.

“İşgüzar səfərin əsas məqsədi Rusiya və Azərbaycan şirkətlərinin maliyyə dəstəyinin daha effektiv alətlərinin hazırlanması məqsədilə maliyyə təsisatları arasında əməkdaşlığın inkişafı məsələləri oldu. Belə ki, “ROSEKSİMBANK” tərəfindən Azərbaycan tərəfdaşlarına təklif olunan ticari maliyyələşdirmə Rusiya ixracatçıları üçün daha sərfəli şərtlər yaratmağa imkan verəcək”, – Rusiya İxrac Mərkəzi məlumat verir.

“İnterfaks-Azərbaycan”ın məlumatına görə, “ROSEKSİMBANK”ın əsas maliyyə təsisatları ilə sıx əməkdaşlığı azərbaycanlı alıcılara Rusiya məhsullarının tədarükünün ödənilməsi məqsədlərinə əlverişli kredit şərtlərinə çıxış əldə etməyə imkan yaracaq.

Son xəbərlər
Digər xəbərlər