Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 5.5%-ə qaldırdı

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 50 baza bəndi artıraraq 5.5%-ə qaldırıb. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Xatırladaq ki, son dəfə maliyyə təşkilatı uçot dərəcəsini 23 aprel tarixində yüksəldib.

“Rusiya Mərkəzi Bankının idarə heyəti uçot dərəcəsini 50 baza bəndi artırmaq qərarına gəlib. Rusiya və dünya iqtisadiyyatı gözləniləndən daha sürətli bərpa olur”, – deyə Rusiya Federasiyası Mərkəzi Bankının veb-saytında yer alan açıqlamada deyilir.

Mart ayında uçot dərəcəsi 4.5%-ə qaldırılıb və bu, 2018-ci ildən bəri ilk artım olub. İdarə heyətinin mart iclasından əvvəl tənzimləyici dərəcəni dörd dəfə 4.25% səviyyəsində saxlayıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.