22 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 6.5%-ə qaldırıb

Screen Shot 2021 09 02 at 14.34.20

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 1 baza punktu – 5.5%-dən 6.5%-dək qaldırıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Qeyd edək ki, il başlayandan tənzimləyici dördüncü dəfədir faiz dərəcəsini yüksəldir. Bu, 2014-cü ildən bəri maksimum artırılmadır.

Bank vəziyyətdən asılı olaraq uçot dərəcəsinin gələcəkdə artırılmasının məqsədəuyğunluğunu qiymətləndirəcək.

Mərkəzi Bankın proqnozuna görə, 2021-ci ildə inflyasiya 5.7-6.2% olacaq. Həyata keçirilən pul-kredit siyasətini nəzərə alaraq 2022-ci ildə bu göstərici 4.0-4.5%-ə enəcək və gələcəkdə 4% səviyyəsində qalacaq.

Xatırladaq ki, iyun ayında Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina inflyasiyanın payızda azalmağa başlayacağını və tənzimləyici onu 4% hədəfinə gətirmək üçün mümkün olan bütün alətlərdən istifadə edəcəyini bildirib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər