Rusiya Mərkəzi Bankının direktorlar şurası aprelin 24-də keçirilən iclasda uçot dərəcəsini 6%-dan 5,5%-a endirdi.
Banker.az xəbər verir ki, bu barədə tənzimləyicinin açıqlamasında deyilir.
Xatırladaq ki, martın 20-də keçirilən əvvəlki iclasda Mərkəzi Bank əsas uçot dərəcəsini 6% səviyyəsində saxlamışdır.
Ötən ildə Rusiya Mərkəzi Bankı faiz dərəcəsini beş dəfə endirmişdir – iyun, iyul, sentyabr, oktyabr və dekabr aylarında.