24 C
Baku
Bazar, May 29, 2022

Rusiya Mərkəzi Bankı “yumşalan” kimi rubl kəskin dəyər itirir

Rusiya rublu bazar ertəsi kəskin şəkildə zəiflədi. Rusiya Bankın valyutanın ucuzlaşmasını məhdudlaşdırmağa yönəlmiş müvəqqəti kapital nəzarəti tədbirlərini yumşaltmaq qərarına gəldikdən sonra, əvvəlki həftənin bəzi qazanclarını itirir.

Banker.az xəbər verir ki, ötən həftənin son iş günü axşam saatlarında Rusiya Mərkəzi Bankı, aprelin 11-dən etibarən brokerlər vasitəsilə xarici valyutanın alınması üçün 12% komissiyanı ləğv edəcəyini və aprelin 18-dən fiziki şəxslərə nağd valyuta satışına müvəqqəti qadağanı qaldıracağını bildirmişdi.

Həmin gün Moskvada birjasında açılışında 1 dollar 71 rubldan 82.09 rubla qədər bahalaşdı. USD/RUB cütlüyü cümə günü 2021-ci ilin noyabrından bu tərəfə ən güclü bahalaşma yaşamıdı.

Bakı vaxtı ilə 17:00 radələrinə USD/RUB cütlüyü Moskva birjası ilə 80.00 səviyyəsinə qədər yüksəlib. Hazırda cütlük son sessiyada 4%-dən çox artıb.

Xarici analitiklər düşünür ki, 12%-lik komissiyanın ləğv edilməsi yenidən rahat ticarətin mümkün olması deməkdir.
Mərkəzi bankın keçən həftə gözlənilmədən əsas faiz dərəcəsini 20%-dən 17%-ə endirilib.  Rubl ixrac yönümlü şirkətlər tərəfindən valyuta gəlirlərinin 80%-nin məcburi olaraq daxili valyuta bazarına yönəldirlər. “ITI Capital” analitikləri bildiriblər ki, Rusiya gün ərzində təxminən 1.4 mlrd. dollar ixrac gəliri əldə edir və Rusiya kapitalına nəzarət və idxalın azalması nəzərə alınarsa, rubl daha da möhkəmlənə bilər.

 

Son xəbərlər
Oxşar xəbərlər