13 C
Baku
Saturday, November 23, 2024

Rusiya məhkəməsi “Google” şirkətini cərimələyib

Moskvanın Taqanski rayonunun 422-ci məhkəmə dairəsinin sülh məhkəməsi Ukraynada keçirilən xüsusi əməliyyat zamanı həlak olanlar haqqında yalan məlumat yaydığına görə “Google” şirkətini 4 milyon rubl məbləğində cərimələyib.

Məhkəmə “Google” şirkətini Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsinə əsasən inzibati xəta törətməkdə təqsirli bilərək, 4 milyon rubl məbləğində cərimə tətbiq edib.

Bildirilib ki, məhkəmə protokolu Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsi ilə “YouTube” videohostinqində Rusiya Ukraynada hərbi əməliyyat zamanı itkiləri və mülki əhali arasında itkilər barədə məlumatların yer aldığı videoların yayılmasına görə tərtib edilib.

Son xəbərlər
Digər xəbərlər