Moskvanın Taqanski Rayon Məhkəməsi “Google” şirkətini cərimələyib.
Məhkəmənin mətbuat katibi Zülfiyyə Qurinçuk “Google” şirkətinin linkləri silmədiyinə görə 5 milyon rubl cərimələndiyini söyləyib.
““Google” şirkəti Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib və ona 5 milyon rubl məbləğində inzibati cərimə kəsilib”, – deyə Məhkəmə nümayəndəsi bildirib.