12 C
Baku
Thursday, November 14, 2024

Rusiya məhsullarının “AliExpress”də satışı layihəsi iflasa uğradı

Rusiya məhsullarının Çin online mağazası, “Alibaba Group”a daxil olan “AliExpress”də satışına dair pilot layihə uğursuzluqla nəticələnib.

“Kommersant”-ın verdiyi məlumata görə, məhsullar alıcılar arasında populyarlıq qazana bilməyib.

Belə ki, Rusiya istehsalı olan geyim, ayaqqabı və aksessuarların təqdim olunduğu bölməyə bir neçə ay ərzində cəmi 24 sifariş gəlib və sifariş olunan məhsulların sayı 552 olub. Halbuki eyni dövrdə sayta 130 mindən çox istifadəçi girib.

Rusiya Sənaye və Ticarət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən layihəyə bu ölkənin 466 şirkəti dəvət olunub, lakin onlardan 369-u internet ticarətində iştirak etmək istəməyib və təklifi rədd edib. Layihədə iştiraka razılaşan 100-ə yaxın brend isə saytın işindən şikayətlənib. Belə ki, saytdakı Rusiya bölməsi noyabrın 20-də açılsa da, sifarişləri yalnız dekabrın 5-dən qeydiyyatdan keçirmək mümkün olub. Proqram təminatında da problemlər yaranıb.

“AliExpress” isə Rusiya mallarına tələbatın azlığını yüksək qiymətlər və orijinallığın olmaması ilə izah edib.

Lent.az

 

Son xəbərlər
Digər xəbərlər