10 C
Baku
Friday, November 15, 2024

Rusiya: Mərkəzi Bank ilin sonuna inflyasiya proqnozunu 5-6%-ə endirib

Rusiya Mərkəzi Bankı bu ilin sonunadək gözlənilən inflyasiya proqnozunun əvvəlki rəqəmdən 5-6 faiz az olacağını bildirib, tənzimləyici orqanın mətbuat xidməti xəbər verib.

Bundan əvvəlki proqnozlara əsasən, ilin sonunadək inflyasiya 6-7% təşkil etməli idi.

Proqnozun yaxşılaşdırılmasının səbəbi inflyasiyanın illik göstəricisinin sabitləşməsi olub.

May ayında Rusiyada inflyasiya mart-aprel aylarında qeydə alınmış inflyasiya səviyyəsində qalıb və 7,3% təşkil edib.

Rusiya Mərkəzi Bankının bundan əvəlki proqnozlarında bu ilin may ayında inflyasiyanın bir qədər artacağı ehtimal olunurdu.

İndi isə tənzimləyici qurum zənn edir ki, gözlənilməz şok vəziyyəti olmasa ölkədə qiymətlər getdikcə sabitləşməkdə davam edəcək.

BBC

Son xəbərlər
Digər xəbərlər