2016-cı il üzrə Rusiyada 97 bankın, 69 sığorta şirkətinin, 32 idarəçi şirkətinin lisenziyası geri alınıb.
Bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, banklardan 68-i müflis elan edilib. 59 bankın isə lisenziyası maliyyə hesabatlarını düzgün vermədiyi üçün alınıb. Sığorta şirkətlərinə gəlincə, 32 şirkət qeyri-dəqiq hesabat verməkdə günahlandırılır.
İdarəçi şirkətlərdən isə 14-ü hesabatlarını düzgün verməyib.