Rusiyada qanunsuz kreditorlarla mübarizə çərçivəsində bir sıra şəxslərin, borcların qaytarılmasını tələb etmək hüququ ləğv oluna bilər.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu təkliflə Rusiya Bankı (Mərkəzi Bank) çıxış edib.
Bundan başqa, qonşu ölkədə borcun professional kreditorlar və yaxud kollektorlardan başqa şəxslərə ödənilməsinin qadağan edilməsi da planlaşdırılır. Nəzərət orqanı bununla bağlı “İstehlak kreditləri haqqında” və “Mikrokreditləşmə fəaliyyəti haqqında” qanunlara dəyişikliklər hazırlayıb. Bu dəyişikliklərə əsasən qeyri-qanun kreditorlar vətəndaşlardan borcun qaytarıılmasını tələb edə bilməyəcəklər. Mərkəzi Bank bununla qanunsuz kreditlərin kütləvi olaraq verilməsi təcrübəsini dayandırmağa çalışır.
Qeyd edək ki, hazırda Rusiyada “qara kreditləşmə”nin illik həcmi 100 mlrd. rubl (2,54 mlrd. manat) olaraq qiymətləndirilir.