Rusiya Mərkəzi Bankının Direktorlar Şurası uçot dərəcəsini 100 bənd artıraraq 8.5%-ə qaldırmağa qərar verib.
Banker.az xəbər verir ki, bu barədə tənzimləyicinin saytında deyilir.
Xatırladaq ki, oktyabr ayının ortalarında bank uçot dərəcəsini 75 bənd artıraraq 7.5%-ə qaldırıb.
“Rusiya Bankının Direktorlar Şurası 2021-ci il dekabrın 17-də uçot dərəcəsini 100 bənd artıraraq illik 8.5%-ə qaldırmaq qərarına gəlib”, – deyə mesajda bildirilir.
Tənzimləyicinin proqnozuna görə, 2022-ci ilin sonunda inflyasiya illik ifadədə 4-4.5% təşkil edəcək. Qeyd edildiyi kimi, Rusiya Mərkəzi Bankının növbəti iclası 2022-ci il 11 fevral tarixi üçün planlaşdırılır.