Rusiya Mərkəzi Bankı altıncı dəfə uçot faiz dərəcəsini 7.5% səviyyəsində saxlayıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, Rusiyada mayın 30-dan iyunun 5-dək olan həftədə illik inflyasiya öncəki 2.41%-ə qarşı 2.68%-ə yüksəlib.
Həmçinin Rusiya Bankı əmək bazarında proinflyasiya risklərinin artdığını, kadr çatışmazlığının məhsuldarlığın artımını real əmək haqqının artımından geridə saxlamaqla təhdid etdiyini bildirib.