12 C
Baku
Monday, November 25, 2024

Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini üçüncü dəfə 7.5% səviyyəsində sabit saxlayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Yanvarın 31-dən fevralın 6-dək həftəlik inflyasiya son iki həftə ərzində 0.21% və 0.14% sonra 0.26%-ə qədər sürətlənib. Fevralın əvvəlindən istehlak qiymətləri 0.22%, 2023-cü ilin əvvəlindən isə 1% artıb. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, illik ifadədə yanvarın 30-da inflyasiya əvvəlki həftədəki 11ş49%-dən sonra 11.5% təşkil edib.

2022-ci ildə Rusiya Mərkəzi Bankı “maliyyə və qiymət sabitliyini dəstəkləmək və vətəndaşların əmanətlərini amortizasiyadan qorumaq” məqsədilə uçot faiz dərəcəsini 9.5%-dən kəskin şəkildə iki dəfədən çox artıraraq rekord həddə 20%-ə qaldırıb.

Aprel ayından başlayaraq tənzimləyici onu tədricən azaltmağa başlayıb və sonuncu dəfə oktyabr ayında keçirilən iclasda 7.5% səviyyəsində təyin edib.

 

Son xəbərlər
Digər xəbərlər