Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini dördüncü dəfə 7.5% səviyyəsində saxlayıb, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
Xatırladaq ki, faiz dərəcəsi sonuncu dəfə sentyabr ayında azaldılıb.
Tənzimləyici qeyd edib ki, göstəricinin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, əhalinin inflyasiya gözləntiləri yüksək səviyyədə qalır. Müəssisələrin qiymət gözləntiləri də yüksək səviyyədə olaraq qiymətləndirilir.
Rusiya Mərkəzi Bankının növbəti iclası aprelin 28-də keçiriləcək.