Rusiya Bankı (Rusiya Mərkəzi Bankı) uçot dərəcələrini bu gün, martın 18-də keçirdiyi növbəti iclasında 11% səviyyəsində sabit tutaraq dəyişdirməyib.
Agentlik xəbər verir ki, Rusiya Bankı uçot dərəcələrini 2015-ci ilin avqustundan etibarən dəyişməyib. Bankdan verilən açıqlamada qlobal maliyyə bazarlarının sabitləşməsinə və inflyasiyanın azalmasına baxmayaraq inflyasiya riskləri yüksək olaraq qalır. “Risklər neft bazarında konyunktura və büdcənin ayrı-ayrı parametrlərində qeyri-müəyyənliklə əlagəli olub”, – deyə Rusiya Bankının mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edək ki, Rusiyada inflyasiya həddi yanvar ayı yekunlarına görə 9,8%-dən 7,9%-ə enib. Rusiya İqtisadi İnkişaf Nazirliyi mart ayı yekunlarına görə 7,5-7,6%-ə geriləyəcəyini proqnozlaşdırıb. İnflyasiyanın azalması Rusiya Bankının növbəti iclasda uçot dərəcələrini azaldacağını ehtimal etməyə əsas verir.
Report