2 C
Baku
Saturday, December 14, 2024

Rusiya Mərkəzi Bankı ilk dəfə valyuta məzənnələrini müəyyən edib

Moskva birjasına qarşı sanksiyaların tətbiqindən sonra Rusiya Mərkəzi Bankı ilk dəfə valyuta məzənnələrini müəyyən edib.

Mərkəzi Bankım iyunun 14-nə olan məzənnəsinə görə 1 ABŞ Dolları – 88,20 rubl, 1 avro isə 94,83 rubl təşkil edəcək.

Moskva birjasında Amerika və Avropa valyutaları ilə birja ticarəti aparılmadığı halda Mərkəzi Bank ilk dəfə rublun dollara və avroya məzənnəsini hesablayıb.

Qeyd edək ki, bu valyutalarla ticarət ABŞ-nin sanksiyaları səbəbindən iyunun 13-dən dayandırılıb.

“İyunun 13-dən etibarən Rusiya tənzimləyicisi cari iş günü Moskva vaxtı ilə saat 15:30-a birjadankənar valyuta bazarında aparılan əməliyyatlar üzrə bank hesabatlarına əsasən dollar və avronun rubla nisbətdə məzənnəsini təyin edəcək. Rublun rəsmi məzənnəsi vahid və bazar əsaslı olaraq qalacaq, yalnız onun hesablanması üçün məlumat diapazonu dəyişəcək”, deyə Mərkəzi Bankın məlumatında qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər