10 C
Baku
Wednesday, December 11, 2024

Rusiya Mərkəzi Bankı krediti olanlara güzəşt etməyəcək

Rusiya Mərkəzi Bankı krediti olan şəxslərə güzəşt etməyəcək. Bankın mesajında qeyd edildiyi kimi, borc götürənlər aprelin 30-a kimi qeyri-iş günlərinin olmasına baxmayaraq öhdəliklərini müqavilədə nəzərdə tutulmuş müddət ərzində yerinə yetirməlidirlər.

Banker.az bu barədə rus mətbuatına istinadən xəbər verir.

“Rusiya Bankı maliyyə əməliyyatları üzrə öhhdəliklərin müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirilməsini üstün sayır”, – mesajda deyilir.

Tənzimləyici kreditorların banka borcu olan şəxslərin faktiki imkanlarını nəzərə alacağını gözləyir.

Xatırladaq ki, aprelin 2-də Rusiya prezidenti Vladimir Putin qeyri-iş günlərinin 30 aprel tarixinə kimi uzadıldığını elan etdi.

Son xəbərlər
Digər xəbərlər