-3 C
Baku
Sunday, December 15, 2024

Rusiya Mərkəzi Bankı monetar siyasətini yumşaltmağa hazırlaşır

Rusiya Bankı (Mərkəzi Bank) pul-kredit siyasətini yumşaltmağa hazırlaşır.

“Gazeta.ru” saytına istinadən, bu barədə ilk siqnalları Rusiya Bankının rəhbəri Elvira Nabiullina verib.

O bildirib ki, “Rusiya Bankı neytral pul-kredit siyasətinə planlaşdırdığı vaxtdan daha erkən keçə bilər. Mərkəzi Bank (MB) xarici devalvasiya risklərinin zəiflədiyini görür və neytral pul-kredit siyasətinə keçidi sürətləndirə bilər”.

Ekspertlər hesab edirlər ki, MB rəhbərinin sözləri uçot dərəcəsinin 6-7%-ə endiriləcəyi mənasını verir. Rusiya Bankı uçot dərəcəsinin bu səviyyəsini 2019-cu ilin ortalarına hədəfləsə də, hədəfə daha tez nail olacaq. Yaxın iclasda ekspertlər uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılacağını ehtimal edirlər. Qeyd edək ki, hazırda Rusiyada uçot dərəcəsi 7,75% təşkil edir.

Xatırladaq ki, E.Nabiullina 4% inflyasiya səviyyəsində neytral faiz dərəcəsinin 6-7% olduğunu bildirib. Lakin nəzərə alaq ki, Rusiyada inflyasiya 2017-ci ilin yekununda 2,5% təşkil edib.

“Report”un analitik qrupu Azərbaycan Mərkəzi Bankının (AMB) da uçot dərəcəsini azaltmağa başlayacağını proqnozlaşdırır. Xatırladaq ki, hazırda Azərbaycanda uçot dərəcəsi 15%, faiz dəhlizinin yuxarı həddi 18%, aşağı həddi isə 10% təşkil edir. Yanvar inflyasiyasının açıqlanmasından sonra AMB-nin uçot dərəcəsinə yenidən baxması ehtimalı yüksəkdir.

Son xəbərlər
Digər xəbərlər