Artan bazar volatilliyi fonunda Rusiya Mərkəzi Bankı uzadılmış ticarət saatları əsasında rəsmi valyuta məzənnələrini dərc etməyə keçməyi planlaşdırır.
Banker.az xəbər verir ki, bu barədə Reuters yazır.
Açıqlamada deyilir ki, keçid rəsmi məzənnənin daha çox sövdələşməyə əsaslanacağı anlamına gələcək.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı hər iş günü sonunda USD/RUB və USD/EUR cütlüyü üçün rəsmi məzənnə açıqlayır.