23 C
Baku
Tuesday, October 8, 2024

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Rusiya Mərkəzi Bankı (Rusiya Bankı) bu gün, sentyabrın 16-da keçirtdiyi növbəti iclasında uçot dərəcəsini daha 0,5 faiz bəndi azadaraq illik 10%-ə endirib. 

“RİA Novosti” agentliyinə istinadən xəbərə görə, Rusiya Bankı uçot dərəcəsinin endirilməsi qərarını inflyasiyanın yavaşlaması və dayanıqlı olmayan iqtisadi perspektivdə inflyasiya gözləntilərinin aşağı olması ilə izah edib. Bununla yanaşı, Rusiya Bankı aşağı inflyasiya həddinin dayanıqlılığına nail olunması məqsədi ilə cari uçot dərəcəsinin ilin sonuna qədər hazırkı həddə saxlanılması və 2017-ci ilin I və II rüblərində bir qədər də azaldılması zərurətini vurğulayıb. Bu da, Rusiya Bankının bu ilin sonuna qədər uçot dərəcəsində dəyişikliyə getmək fikrində olmadığını göstərir.

Report

social

Son xəbərlər
Digər xəbərlər